“Türkiye tək ürək” ortaq yayımında toplanan vəsait 115 milyard lirəni keçdi

Kahramanmaraşda baş verən zəlzələlərin fəsadlarını aradan qaldırmaq üçün Türkiye Radio Televiziya Qurumunun (TRT) da daxil olduğu 8 televiziya kanalının birgə yayımı ilə “Türkiye tək ürək" yardım kampaniyası təşkil edilib.

1947015

Kampaniya çərçivəsində toplanan 115,1 milyard lirə Təbii Fəlakət  və Fövqəladə Halların İdarə Olunması Agentliyinin rəhbərliyi (AFAD) və Türkiye Qızıl Aypara Cəmiyyətinin hesabına köçürüləcək.

200-ə yaxın rəqəmsal, yerli, regional, milli və beynəlxalq televiziya və 500 radionun iştirakı ilə Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyəti (KKTC) və Azərbaycanda yayımlanan kampaniyaya Prezident Rəcəb Tayyib Ərdoğan telefonla zəng edib.

Ölkədən və xaricdən AFAD hesablarına köçürüləcək hər yardım zəlzələ qurbanlarımız üçün istifadə olunacaq” deyib. 

Xatırladaq ki, fevralın 6-da baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlər 11 vilayət və Suriyada təsirli olub və minlərlə insanın həyatına son qoyub.

Әlaqәli Xәbәrlәr