“Bu, NATO ərazisində qeydə alınan ən qorxunc və ölümcül fəlakətdir”, Y.Stoltenberq

Fevralın 6-da mərkəzi Kahramanmaraşda olmaqla 10 şəhərdə baş verən və "Əsrin fəlakəti" adlandırılan 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra həmrəylik mesajları vermək üçün NATO-nun baş katibi Yens Stoltenberq Ankaraya gəlib

1947354
“Bu, NATO ərazisində qeydə alınan ən qorxunc və ölümcül fəlakətdir”, Y.Stoltenberq

 

  Fevralın 6-da mərkəzi Kahramanmaraşda olmaqla 10 şəhərdə baş verən və "Əsrin fəlakəti" adlandırılan 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra həmrəylik mesajları vermək üçün NATO-nun baş katibi Yens Stoltenberq ayın 16-da Ankaraya gəlib.

  “Türkiyədə baş vermiş zəlzələ NATO-nun qurulduğu dövrdən bu yana alyansa üzv ölkələrin ərazisində qeydə alınan ən qorxunc və ölümcül fəlakətdir”, bu sözləri Y.Stoltenberq Ankarada Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə birgə keçirilən mətbuat konfransında deyib. O deyib: “NATO müttəfiqləri Türkiyəyə dəstəyini davam etdirir. Hollandiya, Norveç, Böyük Britaniya və ABŞ hərbi təyyarələri gecə-gündüz beynəlxalq yardımı zəlzələ baş verən əraziyə çatdırmaq üçün çalışır, axtarış-xilasetmə əməliyyatları zamanı çıxarılan yaralılara tibbi yardım göstərirlər. Albaniya, Kanada və Almaniya da müxtəlif yardımlar göndərməyə davam edir. Bütün NATO ölkələrindəki vətəndaşlarımız Türkiyəyə milyonlarla avro köçürmək üçün ianə kampaniyaları təşkil edirlər. Bütün bunlar bizim həmrəyliyimizin rəmzidir”.

  Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu öz növbəsindəki çıxışında deyib: “NATO müttəfiqləri Hatay və İskəndərunda zəlzələ qurbanları üçün 3 min nəfərlik konteyner evlər inşa edəcək. NATO-nun inventarında olan qış şərtlərinə uyğun konteyner və çadırların Türkiyəyə göndərilməsinə qərar verilib.

  3000-ə yaxın adamı sığınacaqla təmin edəcək bu layihə ilk növbədə 6 ay müddətində xidmət göstərəcək və ehtiyac yaranarsa, daha da uzadıla bilər. Bunların İskəndərun və Hatayda istifadəyə verilməsi nəzərdə tutulur.

  Fevralın 15-də NATO-dan müttəfiqlərin strateji hava nəqliyyatı vasitələrini təcili aktivləşdirməsini, alyansın inventarında olan 40 konteynerlik paket və Pakistanda 20.000 qış çadırının təcili daşınması üçün yük təyyarələri təminatını göndərilməsini xahiş etdik”.



Әlaqәli Xәbәrlәr