Türkiye Meksika Senatının qərarını sərt şəkildə pisləyib

Türkiye Meksika Senatının 1915-ci il hadisələri ilə bağlı erməni iddialarını tanıyan qərarını sərt şəkildə pisləyib.

1944609
Türkiye Meksika Senatının qərarını sərt şəkildə pisləyib

Türkiye Meksika Senatının 1915-ci il hadisələri ilə bağlı erməni iddialarını tanıyan qərarını sərt şəkildə pisləyib.

Türkiye Xarici İşlər Nazirliyi Meksika Senatının sözügedən qərarı ilə bağlı yazılı açıqlama yayıb.

Açıqlamada "Meksika Senatının 8 fevral 2023-cü ildə qəbul etdiyi və 1915-ci il hadisələrinin "soyqırım" kimi tanınması qərarı tarixi siyasi motivlərlə yenidən yazmaq üçün etibarsız bir cəhddir. Bu qərarı rədd edir və sərt şəkildə qınayırıq. Xatırladırıq ki, qanunverici orqanların tarixi şərh etmək və mühakimə etmək səlahiyyəti yoxdur” ifadələrindən istifadə edilib.

Açıqlamada qeyd olunub ki, sözügedən cəhd Birləşmiş Millətlər Təşkilatının (BMT) Soyqırımın qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyasını və Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) 1915-ci il hadisələrinin qanuni bir mübahisə mövzusu olduğunu təsdiq edən qərarlarını açıq şəkildə pozur. Bu qərarın Türkiyedə zəlzələdə axtarış-xilasetmə işlərinin aparıldığı dövrə təsadüf etməsinin təəssüf doğurduğu və bunun Türkiye-Meksika dostluğuna sığmadığı da vurğulanıb.

Açıqlamada "Meksika Senatını tarixdən düşmənçilik yaratmağa çalışan bəzi dairələrin gündəminə xidmət göstərmək əvəzinə, bu səhv addımı düzəltməyə dəvət edirik" deyilib.



Әlaqәli Xәbәrlәr