Prezident Rəcəb Tayyib Ərdoğan zəlzələ bölgəsindədir

Prezident Rəcəb Tayyib Ərdoğan fevralın 6-da episentri Kahramanmaraş olan zəlzələdən zərər çəkmiş bölgələrdə yoxlamalar aparıb.

1944089
Prezident Rəcəb Tayyib Ərdoğan zəlzələ bölgəsindədir
erdogan maras pazarcik deprem.jpg
erdogan maras deprem.jpg
erdogan maras deprem.jpg

Prezident Rəcəb Tayyib Ərdoğan fevralın 6-da episentri Kahramanmaraş olan zəlzələdən zərər çəkmiş bölgələrdə yoxlamalar aparıb.

Hatay şəhərində tədqiqatlar aparan Ərdoğan axtarış-xilasetmə işlərilə bağlı məsul nazirlərdən brifinq aldıqdan sonra mətbuata açıqlama verib.

Dövlət başçısı "Tariximizin ən böyük zəlzələ fəlakətlərindən birini yaşadıq. Təəssüf ki, 10 vilayətdə bir-birinin ardınca iki misilsiz zəlzələ ilə üzləşdik" deyib.

Ərdoğan qeyd edib ki, Hatay bu fəlakətdən ən çox zərər çəkən, ən çox dağıntı və insan tələfatı yaşayan şəhərlərdən biridir.

Dövlətin və millətin bütün imkanlarını səfərbər edərək, təbii fəlakət bölgəsinə yönəltdiklərini deyən prezident bildirib ki, dövlət işçilərindən tutmuş qeyri-hökumət təşkilatlarının üzvlərinə, xaricdən gələn fəlakət qruplarından könüllülərə qədər 60 min insan çalışır. 

Zəlzələdən sonra 60-dan çox ölkədən dəstək və yardım gəldiyini və bunların hamısının adını daha sonra açıqlayacağını bildirən Ərdoğan Azərbaycan, İsrail, Səudiyyə Ərəbistanı, Qətər və Küveytin dəstək verdiklərini və bundan sonra da davam edəcəklərini dilə gətirdiklərini, maddi və mənəvi dəstəklərin də verildiyini vurğulayıb.

Prezident Ərdoğan daha sonra Hatayın İskəndərun rayonunda və Adanada  yoxlamalar aparıb.

Dövlət başçısı Hataydan əvvəl Kahramanmaraşda olub və oradakı vəziyyətlə bağlı məlumat alıb.



Әlaqәli Xәbәrlәr