Bu ana qədər zəlzələdən həyatını itirənlərin sayı 6 minə yaxınlaşdı

Türkiyənin vitse-prezident Fuad Oqtay fevralın 6-da baş verən Kahramanmaraş mərkəzli zəlzələlərdə 5894 nəfərin həyatını itirdiyini, 34.810 nəfərin isə yaralandığını açıqlayıb

1943425
Bu ana qədər zəlzələdən həyatını itirənlərin sayı 6 minə yaxınlaşdı

 

  Episentri Kahramanmaraş olan 7,7 və 7,6 bal gücündə zəlzələlərdə bu ana qədər həyatını itirənlərin sayı 5894-ə yüksəlib.

  Türkiyənin vitse-prezident Fuad Oqtay fevralın 6-da baş verən Kahramanmaraş mərkəzli zəlzələlərdə 5894 nəfərin həyatını itirdiyini, 34.810 nəfərin isə yaralandığını açıqlayıb.

  Dağılan binaların sayının 5775, dağıntılar altından xilas edilənlərin isə təxminən 8 min olduğunu deyən F.Oqtay bildirib: "Axtarış-xilasetmə fəaliyyətlərimiz davam edir. Dağıntılar altında qalan son vətəndaşa çatana qədər bu səylər sürəcək. Bütün bölmələrdən ümumilikdə 60.218 adam bu işlərlə bağlı çalışır".

  Türkiyə Qırmızı Aypara Cəmiyyəti tərəfindən ilk olaraq zəlzələ bölgələrinə göndərilən 10 min nəfərlik çadırlar qurulub. Bölgəyə ayrılmış axtarış-xilasetmə heyətinin sayı 25 min 693, nəqliyyat vasitələri 360, tikinti texnikasının sayı isə 3361-dir.



Әlaqәli Xәbәrlәr