Bir sıra ölkənin XİN rəhbəri Mövlud Çavuşoğluna başsağlığı verib

Bir sıra ölkənin XİN rəhbəri Türkiyenin Kahramanmaraş şəhərində baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərlə əlaqədar xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefon əlaqəsi saxlayaraq təbii fəlakət nəticəsində həlak olanlarla bağlı başsağılığı verib.

1944038

Xarici işlər naziri Mövlud Çavuşoğluna telefonla zəng edərək  başsağlığı verənlər arasında Cənubi Koreyanın xarici işlər naziri Park Jin, Yaponiyanın xarici işlər naziri Hayaşi Yoşimasa, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Hissein Brahim Taha, Nepalın xarici işlər naziri Bimala Rai Paudyal, Fil Dişi Sahili xarici işlər naziri Kandia Camara, Küveytin xarici işlər naziri Səlim bin Abdulla əl-Cabir əs-Sabah, Almaniyanın xarici işlər naziri Annalena Baerbok və Avropa İttifaqının qonşuluq və genişlənmə siyasəti üzrə komissarı Oliver Varhelyi də var.
Qeyd edək ki, Kolumbiyanın xarici işlər naziri Alvaro Leyva Duran, Avstraliyanın xarici işlər naziri Penni Vonq, Mərkəzi Afrika Respublikasının xarici işlər naziri Silvi Baipo Temon və Qambiyanın xarici işlər naziri Mamadu Tanqara da Çavuşoğluna telefonla zəng edərək zəlzələ nəticəsində həlak olanlarla əlaqədar başsağlığı verib.

Әlaqәli Xәbәrlәr