Bir sıra ölkənin lideri Türkiye Prezidentinə başsağlığı verib

Türkiyenin Kahramanmaraş şəhərinin Pazarcık və Elbistan rayonlarında baş verən zəlzələlərlə əlaqədar prezident Rəcəb Tayyib Ərdoğana telefonla zəng edən  liderlər Türkiyə ilə həmrəy olduqlarını bildiriblər.

1942944
Bir sıra ölkənin lideri Türkiye Prezidentinə başsağlığı verib

Türkiyenin Kahramanmaraş şəhərinin Pazarcık və Elbistan rayonlarında baş verən zəlzələlərlə əlaqədar prezident Rəcəb Tayyib Ərdoğana telefonla zəng edən  liderlər Türkiyə ilə həmrəy olduqlarını bildiriblər.

Yunanıstan prezidenti Katerina Sakellaropoulou və Baş naziri Kiryakos Mitsotakis prezident Rəcəb Tayyib Ərdoğanla telefonla əlaqəsi saxlayaraq zəlzələ nəticəsində həyatını itirənlərlə əlaqədar  başsağlığı veriblər, yaralılara şəfa diləyiblər.

Prezident Rəcəb Tayyib Ərdoğana telefonla zəng edən Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman həyatını itirənlərlə əlaqədar başsağlığı verib, yaralananlara şəfa diləyib.

Zəlzələ ilə əlaqədar prezident Rəcəb Tayyib Ərdoğana telefonla zəng edən İsrail prezidenti İsaak Hersoq həyatını itirənlərlə əlaqədar başsağlığı verib, yaralılara şəfa diləyib.

Türkiye Prezidentinə telefonla zəng edən İordaniya Kralı II Abdullah da həyatını itirənlərlə əlaqədar başsağlığı verib, yaralılara şəfa diləyib.

Fransa prezidenti Emmanuel Makron zəlzələ nəticəsində həyatını itirənlərə görə Prezident Rəcəb Tayyib Ərdoğana başsağlığı verib, yaralılara şəfa diləyib.

Qazaxıstan prezidenti Kasım Cömert Tokayev də Prezident Rəcəb Tayyib Ərdoğana telefonla zəng edərək ''keçmiş olsun'' arzularını çatdırıb.

Liviyanın baş naziri Əbdülhəmid Dibeybe də zəlzələ ilə əlaqədar Prezident Rəcəb Tayyib Ərdoğana telefonla zəng edərək həyatını itirənlər ilə əlaqədar ona başsağlığı verib, yaralılara şəfa diləyib.

Somali prezidenti Həsən Şeyx Mahmud prezident Rəcəb Tayyib Ərdoğana telefonla zəng edərək zəlzələ nəticəsində  həyatını itirənlərlə bağlı ona başsağlığı verib, xəsarət alanlara şəfa diləyib.

Qətər əmiri Şeyx Təmim bin Həməd Al Sani, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan, Pakistanın Baş naziri Şahbaz Şərif və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev də Prezident Rəcəb Tayyib Ərdoğanla telefon əlaqəsi saxlayaraq həyatını itirənlərlə əlaqədar ona başsağlığı veriblər, xəsarət alanlara şəfa diləyiblər.

Türkmənistanın xarici işlər naziri Rəşid Meredov da xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefon əlaqəsi saxlayaraq Kahramanmaraşda baş verən zəlzələ nəticəsində çox sayda adamın həyatını itirməsi ilə əlaqədar kədərləndiyini ifadə edib və dərin hüznlə başsağlığı verib.

İran prezidenti İbrahim Rəisi və Ukrayna prezidenti Volodimir Zelenski prezident Ərdoğana telefonla zəng edərək zəlzələdə həyatını itirənlərlə əlaqədar başsağlığı verib, xəsarət alanlara şəfa diləyiblər.

İspaniya Kralı Felipe zəlzələ ilə əlaqədar Türkiye və Suriya ilə həmrəy olduqlarını bildirib.



Әlaqәli Xәbәrlәr