Kahramanmaraş zəlzələsindən dünyasını dəyişənlərin sayı 1000-i keçdi

Fövqəladə Hallar İdarəsinin (AFAD) rəhbəri Yunus Sezer ölənlərin sayının 1014-ə, yaralıların isə 5385-ə yüksəldiyini açıqlayıb

1942587
Kahramanmaraş zəlzələsindən dünyasını dəyişənlərin sayı 1000-i keçdi

 

  Kahramanmaraşın Pazarcık qəsəbəsində baş verən 7,7 bal gücündə zəlzələ nəticəsində 1121 nəfər həyatını itirib.

  Fövqəladə Hallar İdarəsinin (AFAD) rəhbəri Yunus Sezer ölənlərin sayının 1121-ə, yaralıların isə 7634-ə yüksəldiyini açıqlayıb.

  AFAD-dan verilən digər açıqlamada daha əvvəl 7,4 olaraq bildirilən zəlzələnin gücü 7,7 olaraq yenidən nəzərdən keçirilib.

  2824 binanın dağılmasına səbəb olan zəlzələ 10-dan çox şəhərdə hiss olunub.

  Fəlakətdən sonra beynəlxalq yardım da daxil olmaqla 4-cü səviyyəli xəbərdarlıq elan edilib.

  Uçmuş binaların yerləşdiyi ərazilərdə axtarış-xilasetmə işləri gedir.

  Xatırladaq ki, Kahramanmaraşda birinci zəlzələ 6 fevral Türkiyə vaxtı ilə saat 04:17-də 7 kilometr dərinlikdə baş verib.



Әlaqәli Xәbәrlәr