"İndiyədək 912 vətəndaşımız həyatını itirib, 5385 nəfər yaralanıb”, R.T.Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan episentri Kahramanmaraşın Pazarcık rayonu olan və 10 vilayətdə baş verən zəlzələ ilə bağlı açıqlama verib.

1942503
"İndiyədək 912 vətəndaşımız həyatını itirib, 5385 nəfər yaralanıb”, R.T.Ərdoğan

"İndiyədək 912 vətəndaşımız həyatını itirib, 5385 nəfər yaralanıb”.

Bunu Prezident Rəcəb Tayyib Ərdoğan episentri Kahramanmaraşın Pazarcık rayonu olan və 10 vilayətdə baş verən zəlzələ ilə bağlı verdiyi açıqlamada deyib.

Dövlət başçısı "Bu gecə saat 04:17-də son əsrdə yaşadığımız 1939-cu il Ərzincan zəlzələsindən bu yana ən böyük fəlakətlə sarsıldıq. Dövlətimiz zəlzələ olduğu andan bütün qurumları ilə hərəkətə keçib, valiliklərimiz öz vilayətlərindəki bütün imkanları səfərbər ediblər. Hazırda 9 min personal axtarış-xilasetmə işləri aparır və başqa bölgələrdən gələnlərlə bu say davamlı olaraq artır. İndiyədək 912 vətəndaşımız həyatını itirib, 5385 vətəndaşımız isə yaralıdır" deyib. 

Ərdoğan zəlzələnin ciddi dağıntılara səbəb olduğu vilayətlərdə çökən binaların altında qalanların aşkarlanması və xilasetmə işlərinin fasiləsiz olaraq davam etdiyini də bildirib.

Prezident bildirib ki, dağıntılar altından xilas edilənlərin sayı 2470 nəfərə çatıb, dağıntı aşkarlanan binaların sayı isə 2818 nəfərdir.

Ərdoğan dövlət başçısı "Beynəlxalq yardım üçün ölkəmizlə təmaslar qurulmağa başlayıb. NATO və Avropa İttifaqı ilə yanaşı, 45 ölkədən də bizə yardım təklifləri gəlib" deyib.



Әlaqәli Xәbәrlәr