“Bizə hücumların çoxunun səbəbi oyunlarını pozmağımızdır”, R.T.Ərdoğan

Aydın şəhərində keçirilən kütləvi açılış mərasimində iştirak edən R.T.Ərdoğan çıxışında deyib...

1941972
“Bizə hücumların çoxunun səbəbi oyunlarını pozmağımızdır”, R.T.Ərdoğan

 

  Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan 20 ildir hər sahədə imperialist müstəmləkəçilərə qarşı mübarizə apararaq Türkiyəni bugünkü səviyyəyə çatdırdıqlarını vurğuladı.

  Aydın şəhərində keçirilən kütləvi açılış mərasimində iştirak edən R.T.Ərdoğan çıxışında deyib: “Qazi Mustafa Kamal Atatürk müstevilərə (işğalğalçılara) qarşı milli mübarizə apararaq bir əsrini geridə qoymağa hazırlaşdığımız şanlı Cümhuriyyəti qurdu.

  Hər dövrdə, xüsusən son 20 ildə imperialist müstəmləkəçilərə qarşı hər sahədə mübarizə apararaq ölkəmizi indiki səviyyəsinə gətirmişik.  

  Respublikamızın birinci əsrində yaşadığımız hər bir ötən hadisəyə nəzər saldıqda eyni çirkli əlləri, eyni çirkin ssenariləri və eyni zavallı kuklaları görürük. Bu gün bizə və ölkəmizə qarşı kampaniyaların, yalan və böhtan üzərində qurulan hücumların çoxunun səbəbi bizim bu oyunları pozmağımız, azad və firavan Türkiyənin yolunu açdığımız üçündür”.



Әlaqәli Xәbәrlәr