Rəcəb Tayyib Ərdoğan Albin Kurtini qəbul edib

Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyeyə işgüzar səfər edən  Kosovo Respublikasının Baş naziri Albin Kurtini qəbul edib.

1941826
Rəcəb Tayyib Ərdoğan Albin Kurtini qəbul edib

Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyeyə işgüzar səfər edən  Kosovo Respublikasının Baş naziri Albin Kurtini qəbul edib.
Vahdettin Köşkündə keçirilən görüşdə Türkiye ilə Kosovo arasındakı ikitərəfli münasibətlərin müxtəlif aspektləri nəzərdən keçirilib, əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün atıla biləcək addımlar müzakirə edilib.
Görüş zamanı həmçinin Balkanlar başda olmaqla regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər daha sonra təşkil edilən birgə mətbuat konfransında çıxış ediblər.
Ötən həftə Kosovonun şimalında baş verən daşqınlara görə kədərləndiyini ifadə edən Prezident Rəcəb Tayyib Ərdoğan Türkiye və türk xalqının  hər zaman kosovolu qardaşlarının yanında olduğunu və bundan sonra da onların yanında olmağa davam edəcəyini söyləyib. Türkiye Prezidenti  daşqınla əlaqədar lazımi dəstəyi verməyə hazır olduqlarını ifadə edib.

Prezident Ərdoğan Kosovonu fevralın 17-də qeyd olunacaq müstəqilliyinin 15-ci ildönümü münasibətilə indidən təbrik edərək deyib:

"Biz Kosovonun beynəlxalq arenada layiq olduğu mövqeyə çatması üçün birgə səylərimizi davam etdiririk. Bu baxımdan biz Kosovonun NATO, Avropa Şurası və Avropa İttifaqına üzvlük baxışını dəstəkləyirik.Görüşdə siyasi əlaqələrimizlə yanaşı, iqtisadiyyat, ticarət, enerki, müdafiə sənayesi və terrorla mübarizə sahəsində nə edə biləcəyimizi müzakirə etdik.FETÖ terror təşkilatının Kosovodakı fəaliyyətlərinə qarşı əməkdaşlığımızı və həmrəyliyimizi artırmaq üçün əziz dostumdan bu mövzuda daha çox səy göstərmələrini xahiş etdim. 2019-cu ildə qüvvəyə minən azad ticarət sazişi ilə ticarət həcmimizdə müsbət irəliləyiş əldə etdik.Kosovoya ən çox ixrac həyata keçirən ölkə mövqeyindəyik. İki ölkə arasındakı ticarət həcmini 1 milyard avroya çatdırmalıyıq''.



Әlaqәli Xәbәrlәr