Türkiyedən Serbiyaya avadanlıq yardımı

Türkiye keçən ay daşqınlarla sarsılan Serbiyanın Novi Pazar şəhərinə avadanlıq dəstəyi verib.

1941532
Türkiyedən Serbiyaya avadanlıq yardımı

Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) göndərdiyi avadanlıqlar, Türkiyenin Belqrad səfiri Hami Aksoy tərəfindən Novi Pazar Bələdiyyəsinə təhvil verilib.

Səfir Hami Aksoy açıqlamada Serbiyanın Sancak bölgəsi və xalqı heç vaxt Türkiyenin dəstəyindən məhrum olmayacaq deyib.

Novi Pazar Bələdiyyə sədrinin müavini Nihad Hasanovic də Türkiyeyə dəstəyinə görə minnətdarlığını bildirib və bölgədə baş verən bütün fəlakətlərdə ilk yardım edən ölkənin Türkiye olduğunu vurğulayıb.



Әlaqәli Xәbәrlәr