Prezident Ərdoğan gənclərə müraciət edib

Prezident Rəcəb Tayyib Ərdoğan “Türkiyenin yeni yüzilliyi"nin vizyonunu gənclərlə birlikdə quracaqlarını bildirib.

1941663
Prezident Ərdoğan gənclərə müraciət edib

Prezident Rəcəb Tayyib Ərdoğan “Türkiyenin yeni yüzilliyi"nin vizyonunu gənclərlə birlikdə quracaqlarını bildirib.

Prezident Ərdoğan Gənclər və İdman Nazirliyi Tematik Qış Düşərgələrinin bağlanış proqramına ünvanladığı videomüraciətdə 15 vilayətdə 15 fərqli mövzuda həyata keçirilən yeddinci qış düşərgələrinin tamamlandığını bildirib.

Ərdoğan 30 yanvardan bəri davam edən düşərgələrdə gənclərin arxeologiyadan qış idmanlarına, rəqəmsal ünsiyyətdən təsviri sənətə, mühəndislikdən psixologiyaya və ədəbiyyata qədər geniş təhsil aldığını vurğulayıb.

Rəcəb Tayyib Ərdoğan gənclərə səslənərək, "İşlə, istehsal et, xəyal et. Heç vaxt gələcəyə olan ümidlərini itirmə" deyib.

"Son 20 ildə gənclərimizlə çiyin-çiyinə verərək ölkəmizi tarixinin ən böyük uğuru ilə tanış etdiyimiz kimi, ümid edirəm ki, "Türkiyenin yeni yüzilliyi vizyonumuzu gənclərimizlə birlikdə quracağıq. Bütün gözlədiyimiz budur. Sizdən bu prosesdə dövlətinizə güvənmək, özünüzə inanmaq və böyük bir millətin oğlu olduğunuzu heç vaxt unutmamaqdır” -deyə dövlət başçısı vurğulayıb.



Әlaqәli Xәbәrlәr