“Ərdoğan müsəlmanların çempionudur”, D.C.Əbdül

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının (İSİPAB) Əlcəzairdə keçirilən 17-ci Konfransı çərçivəsində Malayziya Nümayəndələr Palatasının sədri D.C.Əbdül ilə görüşüb

1939941
“Ərdoğan müsəlmanların çempionudur”, D.C.Əbdül

 

  Malayziya Nümayəndələr Palatasının sədri Dato Cohari ibn Əbdül prezident Rəcəb Tayyib Ərdoğanın “müsəlmanların çempionu” olduğunu söylədi.

  Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının (İSİPAB) Əlcəzairdə keçirilən 17-ci Konfransı çərçivəsində Malayziya Nümayəndələr Palatasının sədri D.C.Əbdül ilə görüşüb.

  M.Şentop qarşılıqlı yaxşı münasibətlərdən məmnunluğunu ifadə edərək iki ölkə parlamentləri arasında təmas və əməkdaşlığın daha da genişləndirilə biləcəyini söyləyib.

  Malayziya ilə Hərtərəfli Strateji Tərəfdaşlıq səviyyəsinə yüksəldilmiş ikitərəfli əlaqələr çərçivəsində ticarət həcmini tarazlı şəkildə artırmaq məqsədini dilə gətirən Şentop Türkiyədə 15 iyul FETÖ-cü çevriliş cəhdini xatırladıb və sözügedən qurumun həm də fəaliyyət göstərdiyi ölkələr üçün milli təhlükə riski yaratdığını bildirərək deyib: “FETÖ yeni nəsil terror təşkilatı olaraq ölkələrdə sabitliyi pozdu, fəaliyyətini yaydı, təhsil müəssisələri, qeyri-hökumət təşkilatları adları altında gizlənə bildi. Malayziyanın FETÖ ilə mübarizədə Türkiyə ilə əməkdaşlığından məmnunuq. Amma yenə də Malayziyada FETÖ-yə bağlı məktəblər fəaliyyət göstərir ki, bunun da həllini gözləyirik”.

  Malayziya Nümayəndələr Palatasının sədri Dato Cohari ibn Əbdül FETÖ-nün strukturunu anladıqlarını və Türkiyəni dəstəklədiklərini bildirib. O həm də “Ərdoğan bizim də çox ehtiramla baxdığımız bir insan və “müsəlmanların çempionu”dur deyə bilərik” deyib.



Әlaqәli Xәbәrlәr