Prezident Ərdoğan Bəxtiyar İslamovu qəbul edib

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Bəxtiyar İslamov və onu müşayiət edən nümayəndə heyəti Ankarada səfərdə olub.

1940214
Prezident Ərdoğan Bəxtiyar İslamovu qəbul edib

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Bəxtiyar İslamov və onu müşayiət edən nümayəndə heyəti Ankarada səfərdə olub.

Bəxtiyar İslamov və onu müşayiət edən nümayəndə heyəti Türkiyedəki təmasları çərçivəsində  Prezident, Ədalət və İnkişaf (AK) Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan  tərəfindən qəbul edilib. Görüş qapalı qapılar arxasında baş tutub.

YAP Gənclər Birliyinin nümayəndə heyəti ayrıca Türkiye Böyük Millət Məclisinin millət vəkili Türkiye-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımla da görüşüb.

Görüşdə çıxış edən Şamil Ayrım Azərbaycan ilə Türkiyenin “Bir millət, iki dövlət” fəlsəfəsinə əsaslanaraq bütün sahələrdə müttəfiqlik münasibətlərini uğurla inkişaf etdirdiyini vurğulayıb. O, ortaq hədəflərin reallaşmasında gənclərin üzərinə mühüm vəzifələr düşdüyünü söyləyərək bu səfərin gənclər arasında əməkdaşlığın dərinləşdirilməsinə müsbət təsir göstərəcəyinə inamını ifadə edib.

YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov hər iki ölkənin dostluq, qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin zirvədə olduğunu bildirib. O qeyd edib ki, iki qardaş ölkənin gəncləri Türkiye-Azərbaycan əlaqələrinin inkişafına layiqli töhfə vermək əzmindədirlər. B.İslamov səfər çərçivəsində keçirilən görüşlərin gənclər arasında gələcək əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.



Әlaqәli Xәbәrlәr