"Fatih" kəşfiyyat-qazma gəmisi "Amasra-2" quyusunda qazma işlərinə başlayıb

"Fatih" kəşfiyyat-qazma gəmisi Sakarya qaz sahəsində yeni kəşfiyyat quyusu olan "Amasra-2" quyusunda qazma işlərinə başlayıb.

1939314

Bu barədə Türkiye Neft Şirkətinin (TPAO) “Twitter” hesabında paylaşım edilib.

Paylaşımda "Fatih" kəşfiyyat-qazma gəmisi "Amasra-2"-də! "Fatih" qazma gəmisi Sakarya qaz sahəsindəki yeni qazma quyusu olan "Amasra-2" quyusunda qazma işlərinə başladı. Türkiyenin enerjisi üçün işlərimiz tam sürətlə davam edir" ifadələrindən istifadə edilib.

Türkiyenin ilk milli kəşfiyyat-qazma gəmisi olan "Fatih" 2017-ci ildə TPAO inventarına daxil edilib.

Әlaqәli Xәbәrlәr