“Bizim kürd qardaşlarımızla heç bir problemimiz yoxdur”, H.Akar
Türkiyənin firavan səviyyəyə çatması yolunda müdafiə və təhlükəsizlik baxımından maneələri aradan qaldırmaq üçün gecə-gündüz çalışdıqlarını vurğulayan nazir Kayseridəki çıxışında deyib...
Türkiyənin milli müdafiə naziri Hulusi Akar terrorla mübarizədə növbəti qətiyyət mesajını verdi.
Türkiyənin firavan səviyyəyə çatması yolunda müdafiə və təhlükəsizlik baxımından maneələri aradan qaldırmaq üçün gecə-gündüz çalışdıqlarını vurğulayan nazir Kayseridəki çıxışında deyib: "Son terrorçu zərərsizləşdirilənə qədər mübarizəmizi davam etdirəcəyik. Yeganə hədəfimiz terrorçulardır. Kürd qardaşlarımızla heç bir problemimiz yoxdur. Türk və kürd qardaşdır. Türk və kürd bir bütövdür. 85 milyon bir yumruq, bir ürək olaraq mübarizəmizi davam etdirəcəyik”.
Hulusi Akar Qurana edilən hücumlarla bağlı isə bunları söyləyib: "Alçaq hərəkətlərə, xain sözlərə, əxlaqsızlara, Quranı yandıran şərəfsizlərə qarşı Türkiyə var. Təəssüf ki, digər dostlarımız, qardaşlarımız səsini çıxarmır. Qərbdə insan haqlarından, şəxsiyyətdən və inanc azadlıqlarından danışanlar milyardlarla adamın inancının təhqir edilməsinə susurlar”.
Әlaqәli Xәbәrlәr
Terrora qarşı mübarizə qətiyyətlə davam edir
Terrorla mübarizə həm ölkə daxilində, həm də sərhəddən kənarda qətiyyətlə davam edir.