Prezident Ərdoğan qızıl mədəninin açılış mərasimində iştirak edib

Türkiyenin Biləcik şəhərində kəşf edilən qızıl mədəni prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılıb.

1938866
Prezident Ərdoğan qızıl mədəninin açılış mərasimində iştirak edib

Türkiyenin Biləcik şəhərində kəşf edilən qızıl mədəni prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılıb.

Prezident Ərdoğan mərasim zamanı etdiyi çıxışda deyib:

"Yeni kəşflərlə yerli qızıl hasilatını artırmağı hədəfləyirik.

2021-ci ilin yanvar ayından etibarən mədən sahəsində aparılan araşdırmalar nəticəsində 60 ton qızıl ehtiyatı müəyyən edilib.

Obyekt birinci mərhələdə illik 2,5 tona qədər qızıl istehsal gücü ilə fəaliyyət göstərəcək. 3 il ərzində görüləcək işlər ilə obyektdə illik istehsal həcmi təxminən 6,5 tona yüksələcək".

Dövlət başçısı Ərdoğan Qara dənizdə aşkar edilən 710 milyard kubmetr təbii qaz ehtiyatına toxunaraq deyib:

“Millətimiz qarşısında vəd etdiyimiz kimi mart ayının sonundan etibarən Qara dəniz qazını ev təsərrüfatlarına çatdırmağa başlayırıq”. 

Adana və Cizrədəki kəşflərlə neft hasilatını artırdıqlarını vurğulayan prezident deyib:

“Mersində Akkuyu Atom Elektrik Stansiyasının tikintisi fasiləsiz olaraq davam edir. Cari il AES-imizin birinci blokunda elektrik enerjisi istehsalına başlayırıq”.



Әlaqәli Xәbәrlәr