TBMM-nin sədri Mustafa Şentop Moldova Parlamentinin sədri İqor Qrosu ilə görüşüb

TBMM sədri Mustafa Şentop Moldova Parlamentinin sədri İqor Qrosu ilə təkbətək, daha sonra isə nümayəndə heyətləri arasında görüş keçirib.

1938357
TBMM-nin sədri Mustafa Şentop Moldova Parlamentinin sədri İqor Qrosu ilə görüşüb

Türkiye Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Moldova Parlamentinin sədri İqor Qrosu ilə təkbətək, daha sonra isə nümayəndə heyətləri arasında görüş keçirib.

M.Şentop paytaxt Ankarada keçirilən görüşdə Türkiyenin birgə sərhədi olmamasına baxmayaraq Moldovanı qonşusu kimi qəbul etdiyini dilə gətirib.

Moldova ilə əlaqələri Strateji Tərəfdaşlıq çərçivəsində gücləndirmək istədiklərini vurğulayan Şentop Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilməsi planlaşdırılan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci iclasının hərəkətverici və ikitərəfli əlaqələrdə yeni hədəflərin müəyyən edilməsi üçün rol oynayacağını bildirib.

Şentop Moldovaya səfəri zamanı gündəmə gələn “sürücülük vəsiqələrinin qarşılıqlı tanınması” və “qarşılıqlı mədəniyyət mərkəzlərinin yaradılması” ilə bağlı müqavilələrin Türkiyedə ratifikasiya proseslərinin başa çatdığını qeyd edib. 

İki ölkə arasındakı ticarət həcminin 1 milyard dollarlıq hədəfə çatdığını izah edən Məclis sədri “Artıq yeni yüksək iddialı hədəflər qoymalıyıq” ifadəsini işlədib.

Şentop həmçinin Türkiyenin Moldovanın xüsusilə miqrasiya yükünü yüngülləşdirmək üçün humanitar yardımlarını davam etdirəcəyini vurğulayıb.

Şentop Qaqauz Muxtar Vilayətinin Moldova ilə əlaqələrinin əhəmiyyətinə də toxunub:

"Bizim qaqauz soydaşlarımıza münasibətimizi Moldovanın ərazi bütövlüyü və suverenliyinə qeyd-şərtsiz dəstəyimizdən ayırmaq olmaz. İstəyirik ki, qaqauz soydaşlarımız öz muxtariyyətlərini qoruyub saxlasınlar, Moldovada firavanlıq və sülh şəraitində yaşasınlar". 

Moldova Parlamentinin sədri İqor Qrosu da epidemiya dövründə və Ukrayna-Rusiya müharibəsində Moldovaya verdiyi dəstəyə görə Türkiyeyə təşəkkür edib.



Әlaqәli Xәbәrlәr