Türkiye, İsveç və Finlandiya arasındakı görüş təxirə salındı

Türkiye, İsveç və Finlandiya arasında fevral ayında keçirilməsi planlaşdırılan üçtərəfli görüş təxirə salınıb

1937371
Türkiye, İsveç və Finlandiya arasındakı görüş təxirə salındı

 

  Türkiye, İsveç və Finlandiya arasında fevral ayında keçirilməsi planlaşdırılan üçtərəfli görüş təxirə salınıb.

  Xatırladaq ki, terror təşkilatı PKK-nın İsveçdəki tərəfdarları Türkiye prezidenti Rəcəb Tayyib Ərdoğanı hədəf alan təxribat xarakterli aksiyalar təşkil edib və Türkiyenin İsveçdəki səfirliyi qarşısında “Qurani-Kərim” yandırıblar. Rəsmi Ankara bu alçaq hərəkətlərə sərt reaksiya verib. Türkiyenin Xarici İşlər Nazirliyi İsveçdə etiraz aksiyası keçirənlərlə bağlı lazımi tədbirlərin görülməsini tələb edib. Beləliklə, fevral ayında keçirilməsi planlaşdırılan üçtərəfli görüş təxirə salınıb.

  Türkiye iyunun 28-də İspaniyanın paytaxtı Madriddə keçirilən NATO sammitində üzvlük üçün müraciət edən Finlandiya və İsveçə veto qoyur. Terror təşkilatlarına açıq dəstək verən iki ölkə ilə protokol imzalayan rəsmi Ankara verilən vədlərin yerinə yetirilməsini gözləyir.



Әlaqәli Xәbәrlәr