Türk Hava Yolları Berlinə bəzi reysləri ləğv etdi

Türk Hava Yolları (THY) sabah Bərlinə planlaşdırılan bəzi reysləri ləğv edib.

1937034
Türk Hava Yolları Berlinə bəzi reysləri ləğv etdi

TRT xəbər verir ki bu barədə THY Mətbuat Xidmətindən məlumat yayılıb. Bildirilib ki, THY sabah İstanbul Hava Limanından Berlinə TK1721, TK1723, TK1725, TK1727 qarşılıqlı reysləri həyata keçirməyəcək.

“Anadolujet”in Sabiha Gökçen hava limanından Berlinə TK7728 reysi də qarşılıqlı olaraq ləğv edilib.

Açıqlamada vurğulanıb ki, bəzi uçuşların ləğv edilməsi qərarına Berlin-Brandenburq Hava Limanında yer xidməti personalı və mühafizəçilərin “xəbərdarlıq tətili”nə görə gəlinib.



Әlaqәli Xәbәrlәr