Türkiye, Rusiya və Ukrayna ombudsmanlarının üçtərəfli görüşü keçirilib

Türkiyenin Baş ombudsmanı Şərəf Malkoç, Ukrayna ombudsmanı Dmitri Lubinets və Rusiya Federasiyasının ombudsmanı Tatyana Moskalkovanın iştirak etdiyi görüş mətbuata qapalı keçirilib.

1931118
Türkiye, Rusiya və Ukrayna ombudsmanlarının üçtərəfli görüşü keçirilib

Türkiye,Rusiya və Ukrayna ombudsmanlarının üçtərəfli görüşü keçirilib.

Türkiye Ombudsmanı Şərəf Malkoçun sədrliyi ilə “XXI əsrdə İnsan Hüquqlarının Gələcəyi” mövzusunda keçirilən görüş çərçivəsində Türkiye, Rusiya və Ukrayna ombudsmanları uşaq və insan hüquqları, yaralı və əsgər mübadiləsi ilə bağlı yol xəritəsinin müəyyən edilməsi üçün görüşüb.
Türkiyenin Baş ombudsmanı Şərəf Malkoç, Ukrayna ombudsmanı Dmitri Lubinets və Rusiya Federasiyasının ombudsmanı Tatyana Moskalkovanın iştirak etdiyi görüş mətbuata qapalı keçirilib.
Görüşə daha sonra Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop da qatılıb.
Xatırladaq ki, Rusiya qoşunları fevralın 24-də Ukraynaya hücuma edib.



Әlaqәli Xәbәrlәr