Prezident Ərdoğan Beynəlxalq Ombudsman Konfransında çıxış edib

Prezident Rəcəb Tayyib Ərdoğan paytaxt Ankaradakı Prezident İqamətgahında keçirilən Beynəlxalq Ombudsman Konfransında çıxış edib.

1931341
Prezident Ərdoğan Beynəlxalq Ombudsman Konfransında çıxış edib

“İndiyədək ölkəmizdən 550 minə yaxın qaçqın terrordan təmizlədiyimiz və təhlükəsiz vəziyyətə gətirdiyimiz bölgələrə (Suriyada) qayıdıb”. 

Bunu Prezident Rəcəb Tayyib Ərdoğan paytaxt Ankaradakı Prezident İqamətgahında keçirilən Beynəlxalq Ombudsman Konfransında deyib.

Dövlət başçısı Ərdoğan, suriyalı qaçqınların geri qayıtması ilə bağlı bildirib ki, indiyədək 550 min sığınacaq axtaran şəxs Suriyaya qayıdıb. Rusiya, Suriya və Türkiye olaraq bir müddətdir davam etdirdiyimiz danışıqlar bəhrəsini verdikcə bu rəqəmlər daha da artacaq.

"Yaşamaq haqqına qəsd edən əli qanlı xainlər sığınacaq axtaran adı altında qorunur. Hazırda NATO-da, Avropa Şurasında və ya BMT-də birlikdə olduğumuz bəzi ölkələr türk ədalətindən qaçan quldurların sığınacağına çevrilib. Türkiyenin terrorla mübarizəsinə çəp baxanlar həqiqəti görəcək", -deyə dövlət başçısı qeyd edib. 

Prezident Ərdoğan Qara dəniz vasitəsilə taxıl daşınmasına da toxunaraq deyib ki, Qara dəniz üzərindən taxıl dəhlizi və əsir mübadiləsi sazişini reallaşdırmaqla ərzaq və enerji böhranının həllinə töhfə veririk. (Rusiya prezidenti Vladimir) Putinin: "Biz taxılı göndərərik. Siz də daşıyırsınız. Amma imkanlı Avropa ölkələrinə yox, az inkişaf etmiş Afrikaya göndərəyin" təklifini mən də qəbul etdim. Biz də bu işdə varıq dedik. Prosesi beləcə başlatdıq. 

Son vaxtlar Əfqanıstanda hicablı qızların məktəblərdə təhsil almasının qarşısının alınması anlayışını qeyri-insani və İslama zidd hesab etdiklərini ifadə edən Ərdoğan deyib:

"Bu qızlara məktəblərdə dərs keçmək lazımdır. İslam dini belə şeyi qəbul etmir. Əksinə, beşikdən məzara qədər elmlə məşğul olmağı tələb edir".



Әlaqәli Xәbәrlәr