Mustafa Şentop APA-nın 13-cü plenar sessiyası çərçivəsində ikitərəfli görüşlər keçirib

Türkiye Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Antalyada keçirilən Asiya Parlament Assambleyasının (APA) 13-cü plenar sessiyası çərçivəsində ikitərəfli görüşlər keçirib.

1930386
Mustafa Şentop APA-nın 13-cü plenar sessiyası çərçivəsində ikitərəfli görüşlər keçirib
Sentop-Gulsat Mammedova.jpg
Sentop-Muhammed Bager Galibaf.jpg
Muhsin Ali Ekber El Mendelavi-Sentop.jpg
Zorlu Tore-Sentop.jpg

Türkiye Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Antalyada keçirilən Asiya Parlament Assambleyasının (APA) 13-cü plenar sessiyası çərçivəsində ikitərəfli görüşlər keçirib.

Mustafa Şentop bu çərçivədə  Türkmənistan Milli Şurasının sədri Gülşat Məmmədova ilə görüşüb.

Türkiye ilə Türkmənistanın ortaq tarixə, dilə, dinə, mədəniyyətə malik iki qardaş ölkə olduğuna diqqət çəkən Mustfa Şentop qardaş xalqları təmsil edən məclislər arasında əlaqələrin yaxın olmasının vacibliyini vurğulayıb.

Mustafa Şentop Türkiyə Böyük Millət Məclisi ilə Xalq İşləri arasında imzalanan anlaşma memorandumunun əməkdaşlığa böyük töhfə verəcəyini bildirib.

"Türk dünyası olaraq birlik və həmrəylik içində hərəkət etmək, indiki kimi gələcəkdə də sülh, sabitlik və firavanlığımızın təminatıdır'',-deyə Mustafa Şentop qeyd edib.

Şimali Kıbrıs  Türk Cümhuriyyəti (KKTC) Məclisinin sədri Zorlu Töre ilə də görüşən Mustafa Şentop  ŞKTC-nin Türkiye üçün hər zaman  xüsusi yeri olduğunu bildirib.

Mustafa Şentop həmçinin  İran İslami Şura Məclisinin sədri Məhəmməd Bager Qalibaf ilə görüşüb. Mustafa Şentop görüşdə  iki ölkə arasında əlaqələrin hər sahədə inkişaf etməsini arzulayıb.

İkitərəfli və regional əlaqələrin ortaq maraqlar çərçivəsində inkişafına önəm verdiklərini vurğulayan Mustafa Şentop Türkiyenin qonşularının təhlükəsizliyinə və sabitliyinə hər zaman əhəmiyyət verdiyini bildirib.

Terrorla mübarizədə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayan Mustafa Şentop deyib: "Bölgəmizdəki terror təşkilatlarının tamamilə yox edilməsi üçün hərtərəfli strategiyalar hazırlamalıyıq".

Türkiye Böyük Millət Məclisinin sədri Mustafa Şentop İraq Nümayəndələr Palatasının sədr müavini Muhsin Əli Əkber Əl Mendelavi ilə də görüşüb.

Şentop iki ölkə arasındakı əməkdaşlığın bölgədəki sabitlik və sülhün bərqərar olması və qorunması üçün böyük əhəmiyyət daşıdığını bildirib.

''Ümid edirik ki, yeni hökumət İraq xalqının gözləntilərini qarşılayacaq siyasətlər yürüdəcək. Biz İraqın yenidən qurulması və inkişafı üçün səyləri səmimiyyətlə dəstəkləyirik”,-deyə Mustafa Şentop vurğulayıb.

Mustafa Şentop İraqda separatçı terror təşkilatı PKK-nın mövcudluğuna diqqət çəkərək İraqın suverenliyini pozan PKK-nı terror təşkilatı kimi tanımalı və bu terror təşkilatı ilə öz Konstitusiyasına uyğun mübarizə aparmalı olduğunu bildirib.



Әlaqәli Xәbәrlәr