Hulusi Akar: ''Güvəndiyiniz dağlara qar yağmadan ağlınızı başınıza yığın”

Türkiyenin milli müdafiə naziri Hulusi Akar Kocaelinin Gölcük qəsəbəsindəki Türkiye Silahlı Qüvvələri (TSQ) Komandanlığı və Hərbi Dəniz Qüvvələri Komandanlığında olub.

1929893

Yunanıstanın Kritdə ərazi sularını 6 mildən 12 milədək artırmağa hazırlaşdığı ilə bağlı iddialara toxunan Hulusi Akar deyib: "6 mildən artığını qəbul etməyəcəyik".
Bəzi yunan rəsmilərin “Türkiye Yunanıstan üçün təhdiddir” açıqlamalarını da tənqid edən Hulusi Akar deyib: "Biz Türkiye olaraq heç kimi təhdid etməmişik. Yunanıstanı heç vaxt təhdid etməmişik. Türkiye güclü, etibarlı və effektiv müttəfiqdir. Güclü Türkiye, güclü TSQ, güclü NATO, güclü ittifaq deməkdir. Bunu hamının bilməsini istəyirik".
Türkiyənin Kıbrısda qarant ölkələr arasında olduğunu bildirən Türkiyenin milli müdafiə naziri Hulusi Akar həmçinin deyib:
"Şimali Kıbrıs Türk Cümhuriyyəti quruldu, məsələ onun tanınmasındadır. Bu məsələnin üzərində işləyirik. Yunanıstana  yanlış yollara üz tutmayın və tarixdən dərs alın deyrik. Güvəndiyiniz dağlara qar yağmadan ağlınızı başınıza yığın''.

Әlaqәli Xәbәrlәr