Prezident Rəcəb Tayyib Ərdoğan partiyasının qrup toplantısında çıxış edib

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiye Cümhuriyyətinin yeni əsrini millətlə birlikdə yaradacaqlarını bəyan edib.

1927996
Prezident Rəcəb Tayyib Ərdoğan partiyasının qrup toplantısında çıxış edib

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiye Cümhuriyyətinin yeni əsrini millətlə birlikdə yaradacaqlarını bəyan edib.

Prezident Ərdoğan lideri olduğu Ədalət və İnkişaf Partiyasının (AK Partiya) Türkiye Böyük Millət Məclisində (TBMM) qrup toplantısında çıxış edib.

Çıxışında iş və xidmət siyasətini vurğulayan dövlət başçısı Qara dənizdəki yeni kəşflərlə təbii qaz ehtiyatlarını 710 milyard kubmetrə çatdırdıqlarını, təbii qazın ilk fazasını mart ayının sonunda istismara verəcəklərini bildirib.

Prezident Ərdoğan Adana və Cizrədəki son kəşflərlə neft hasilatını əhəmiyyətli dərəcədə artırdıqlarını ifadə edib.

Türkiyenin mobillik sahəsində xidmət göstərən qlobal texnologiya markası “TOGG”-un fabrikini quraraq yerli layihəni reallaşdırdıqlarını vurğulayan Ərdoğa, ətraf mühit və şəhərçilik baxımından dünyanın ən böyük kütləvi yaşayış layihələrindən biri olan kampaniyaya başladıqlarını bildirib.

Ərdoğan vətəndaşları iqtisadi cəhətdən rahatlaşdırmaq üçün addımlar atdıqlarını və bundan sonra da atacaqlarını bildirib.

Dövlət başçısı müdafiə sənayesində inkişaf etdirdiyi raketlər, pilotsuz uçuş aparatları və pilotsuz döyüş təyyarəsi "Kızılelma"nın dünyada böyük təəssürat yaratdığını deyib.

Türkiyeni investisiya, məşğulluq və ixracla böyütməyə davam edəcəklərini vurğulayan prezident onu da əlavə edib ki, biz demokratiyamızı gücləndirəcəyik, məzlumların səsi, qurbanların ümidi kimi ölkəmizi inkişaf etdirməyə davam edəcəyik.



Әlaqәli Xәbәrlәr