Fahrettin Altun Rena Netjesin ölümlə təhdid edilməsinə reaksiya verib

Yağmur və Ecrin xatirəsinə hazırlanan sənədli filmdə PKK/YPG-nin qaranlıq tərəfi dünya ictimaiyyətinə ifşa edilir.

1927267
Fahrettin Altun Rena Netjesin ölümlə təhdid edilməsinə reaksiya verib

Türkiye Prezidenti Administrasiyasının Kommunikasiyalar İdarəsinin rəhbəri Fahrettin Altun "TRT World"ün hazırladığı “Afterr the Rain: Falies Seeking Justice" (Yağışdan sonra: Ədaləti axtaran ailələr) sənədli filmində bölücü terror təşkilatı PKK/YPG-nin qaranlıq tərəflərini ortaya qoyan hollandiyalı araşdırmaçı Rena Netjesin ölümlə təhdid edilməsinə reaksiya verib.

Noyabrın 13-də İstanbulun Taksim şəhərində törədilən xain terror aktında şəhid edilən Yağmur və Ecrini dünyaya tanıtmaq üçün hazırlanan qısa xəbər sənədli filmini sosial media hesabında paylaşan Altun bu ifadələrdən istifadə edib:

"PKK/YPG-nin şəhid etdiyi Yağmur və Ecrin qızlarımıza həsr edilən "TRT World" tərəfindən hazırlanan “Afterr the Rain: Falies Seeking Justice" sənədli filmi terror təşkilatının qanlı simasını bütün dünyaya çatdırır. "TRT World"un sənədli filmində terror təşkilatının xain hücumlarını şərh edən hollandiyalı araşdırmaçı Rena Netjesin həqiqətləri söyləməsinə dözümsüzlük nümayiş etdirənlər isə onu da ölümlə hədələdi. Baxın, qoruduğunuz terror təşkilatı budur”.

Qeyd edək ki, Yağmur və Ecrin xatirəsinə hazırlanan sənədli filmdə PKK/YPG-nin qaranlıq tərəfi dünya ictimaiyyətinə ifşa edilir. 

Sənədli filmdə 15 yaşında şəhid olan Yağmurun atası qızı üçün “O, qanadsız mələk idi, indi doğrudan da mələk oldu” deyib. Daha sonra 9 yaşlı Ecrinin anası qızının rəssamlığa olan marağını göz yaşları içində danışır.

Netjes sənədli filmdə İstiqlal küçəsindəki hücumun Suriyanın şimalında YPG/PYD hücumlarına bənzədiyi vurğulanır.

Sənədli filmin yayımlanmasından sonra Suriyanın şimalındakı terror təşkilatının hesablarından özünə qarşı təhdidlərin artdığına diqqət çəkən Netjes sosial media hesabından "İndi açıq açıqlama vermək vaxtıdır. Ölüm təhdidləri alıram və PYD-nin təbliğatını ifşa etməyin bədəlini ödəyirəm" açıqlamasını verib.



Әlaqәli Xәbәrlәr