Türkiyə və Monteneqro prezidentləri İstanbulda bir araya gəldilər

Monteneqro prezidenti Milo Cukanoviç Türkiyəyə səfər edib

1925946
Türkiyə və Monteneqro prezidentləri İstanbulda bir araya gəldilər
Milo Djukanovic-Erdogan1.jpg

 

  Monteneqro prezidenti Milo Cukanoviç Türkiyəyə səfər edib.

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Monteneqro prezidenti Milo Cukanoviç İstanbulda görüşüblər.

  Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdən sonra ölkə başçıları təşkil edilən birgə mətbuat konfransında çıxış ediblər.

  Diqqətə çatdırılıb ki, tarixi köklərə malik Türkiyə-Monteneqro münasibətləri müasir dövrdə də daim inkişafda olub.

  Prezident Rəcəb Tayyib Ərdoğan məlumat verib ki, Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) indiyədək Monteneqroda ümumilikdə 20 milyon avrodan yuxarı məbləğdə 400-dən çox layihə və fəaliyyətlər həyata keçirib. Türkiyə NATO müttəfiqi olan Monteneqronun Avropa İttifaqına tam üzvlüyünü səmimiyyətlə təşviq edir və dəstəkləyir.



Әlaqәli Xәbәrlәr