Prezident Ərdoğan ölkədə daha bir təbii qaz yatağının kəşf olunduğunu açıqladı

Prezident Rəcəb Tayyib Ərdoğan ölkədə daha bir təbii qaz yatağının kəşf olunduğunu açıqlayıb.

1923955
Prezident Ərdoğan ölkədə daha bir təbii qaz yatağının kəşf olunduğunu açıqladı

Prezident Rəcəb Tayyib Ərdoğan ölkədə daha bir təbii qaz yatağının kəşf olunduğunu açıqlayıb.

Bu barədə dövlət başçısı hökumətin 2022-ci ilin son iclasından sonra çıxışında deyib.

Qara dənizdə 58 milyard kubmetr yeni təbii qaz ehtiyatı kəşf etdiklərinin müjdəsini verən dövlət başçısı Qara dənizdəki qaz ehtiyatının 710 milyard kubmetrə çatdığını, bölgədə kəşf edilən təbii qazın isə beynəlxalq bazarlardakı dəyərinin 1 trilyon dollar olduğunu vurğulayıb.
Dövlət başçısı Qara dənizdə yeni qaz axtarışı işlərinə davam edəcəklərini də bəyan edib.

Türkiyenin müdafiə sənayesi məhsullarını yalnız özü üçün dizayn edən və istehsal edən bir ölkə olmaqdan kənara çıxdığını sözlərinə əlavə edən Ərdoğan deyib:

"Gündən-günə artan ixracatımızla bütün dünyada müdafiə sənayesi sektorumuzun məhsulları ilə adından söz etdirən bir mövqeyə çatdıq".

Gələn il terrorun mənbəyində məhv edilməsi strategiyasını təhlükəsizlik baxımından qətiyyətlə davam etdirəcəklərini vurğulayan Ərdoğan “Ölkəmizə, xüsusən də Suriyadan gələn təhdidləri tamamilə aradan qaldırmaq üçün 30 kilometr dərinlikdəki təhlükəsizlik xəttimizdəki boşluqları aradan qaldırmaq üçün yeni addımlar atacağıq” ifadəsini işlədib.



Әlaqәli Xәbәrlәr