Prezident Ərdoğan Səudiyyə Ərəbistanı Şura Məclisinin sədrini qəbul edib

Mustafa Şentop da Səudiyyə Ərəbistanı Şurasının sədri Abdullah bin Muhammed Əl Şeyx və onu müşayiət edən nümayəndə heyəti ilə təkbətək və heyətlərarası görüş keçirib.

1923829
Prezident Ərdoğan Səudiyyə Ərəbistanı Şura Məclisinin sədrini qəbul edib

Prezident Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanı Şura Məclisinin sədri Abdullah bin Məhəmməd Əl Şeyxi qəbul edib.

Paytaxt Ankaradakı Prezident İqamətgahında keçirilən qəbul mətbuata qapalı keçirilib.

Qəbulda Türkiye Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop da iştirak edib.

Səudiyyə Ərəbistanından Yəmənə, Liviyadan Suriyaya qədər uzanan geniş coğrafiyada sıx əməkdaşlıq və koordinasiyanın bütün bölgə üçün böyük faydası var".

Bunu Türkiye Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop paytaxt Ankarada Səudiyyə Ərəbistanı Şurasının sədri Abdullah bin Muhammed Əl Şeyx və onu müşayiət edən nümayəndə heyəti ilə təkbətək və heyətlərarası keçirdiyi görüş zamanı deyib. 

Ölkələr arasında qarşılıqlı təmasların, əlaqələrin inkişafına və əməkdaşlığın möhkəmlənməsinə töhfə verdiyini bildirən Şentop siyasi sahədəki təmasların iqtisadi və ticari əlaqələrə də güc qatacağını qeyd edib.

Şentop Türkiyenin Körfəz bölgəsindəki ölkələrin təhlükəsizliyinə və sabitliyinə verdiyi əhəmiyyətə toxunub:

"Bütün regionda birgə səylərlə müsbət atmosferi qoruyub saxlamağı hədəfləyirik. Bu baxımdan, regional iqtisadi inteqrasiyaya və bütün regionda infrastrukturun inkişafına xüsusi əhəmiyyət verirrik.  Fələstindən Yəmənə, Liviyadan Suriyaya qədər geniş coğrafiyada yaxın əməkdaşlıq və koordinasiyanın təmin edilməsində bölgəmiz üçün böyük faydalar var”. 

M.Şentop Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətinin (KKTC) tanınması məsələsini də beynəlxalq platformalarda gündəmə gətirib və illərdir haqsız təcrid və embarqolara məruz qalan Kıbrıs türkləri ilə əlaqələrin artırılmasının vacibliyinə diqqət çəkib.

Məclis sədri Türkiyenin terror təşkilatları ilə mübarizəsinə də diqqət çəkərək, Suriya və İraqın şimalından Türkiyeyə qarşı hücumların davam etdiyini vurğulayıb:

"İraq və Suriyanın ərazi bütövlüyünə maksimum hörmətlə yanaşırıq. Bizim yeganə narahatlığımız bu ölkələrdəki qeyri-sabitliyə görə Türkiyeyə qarşı terror hücumlarının və yenə qeyri-sabitliyi artıraraq qərbli dövlətlərinin öz imperialist maraqları istiqamətində bölgə ölkələrinin sərhədlərini dəyişmək planlarının qarşısını almaqdır".



Әlaqәli Xәbәrlәr