R.T.Әrdoğan Әdalәt vә İnkişaf Partiyasının parlamentdәki qrup iclasında çıxış edib

Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) Türkiyə Böyük Millət Məclisində (TBMM) keçirilən qrup toplantısında çıxış edib.

1921927

Qarşıdakı dövrdə Akkuyu Atom Elektrik Stansiyasının ilk blokunu istifadəyə verəcəklərini bildirən Türkiye Prezidenti yeni kəşflər və investisiyalarla enerjidə xaricə asılılığı tamamilə aradan qaldırana qədər çalışacaqlarını bildirib.
Başda müdafiə sektoru olmaqla bir çox sahədə dünya miqyasında rəqabət gücünu artırdıqlarını ifadə edən Ərdoğan qarşıdakı dövrdə istehsalı və ixracı təşviq edərək sənayeni daha da gücləndirəcəklərini söyləyib.
“Yeni nəsillərə qoyacağımız ən böyük mirasın Türkiyeni qlobal səviyyədə güc və iddialı ölkəyə çevirmək olduğuna ürəkdən inanırıq. Bütün dünya böhran dalğaları ilə mübarizə apararkən, Türkiye istehsal və məşğulluq vasitəsilə inkişaf baxımından  hədəflərinə nail oldu”,-deyə Türkiye Prezidenti vurğulayıb. 
Rəcəb Tayyib Ərdoğan 2023-cü ildə hər biri fərqli əhəmiyyət kəsb edən 25 fərqli müdafiə sənayesi layihəsini reallaşdıracaqlarını da bildirib.

Әlaqәli Xәbәrlәr