Azərbaycan-Türkiyə-Gürcüstan müdafiə nazirləri bir araya gəldilər

Kayseri şəhərində keçirilən görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib, bu istiqamətdə görülən işlərin daha da genişləndirilməsinin vacibliyi qeyd olunub

1921861
Azərbaycan-Türkiyə-Gürcüstan müdafiə nazirləri bir araya gəldilər
Hulusi Akar-Juansher Burchuladze.jpg
Hulusi Akar-Zakir Hasanov.jpg

 

  Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla iki ölkə arasında hərbi əməkdaşlığı müzakirə ediblər.  

  Kayseri şəhərində keçirilən görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib, bu istiqamətdə görülən işlərin daha da genişləndirilməsinin vacibliyi qeyd olunub.

  İkitərəfli görüşdə hər iki qardaş ölkənin dövlət başçılarının səmimi münasibətlərinin digər sahələrə olduğu kimi hərbi əməkdaşlıq sahəsinə də müsbət təsir etdiyi xüsusi vurğulanıb.

  Azərbaycan və Türkiyə Respublikaları arasında qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan əməkdaşlığın bundan sonra da müvəffəqiyyətlə inkişaf etdiriləcəyinə və möhkəmlənəcəyinə əminlik ifadə olunub.

  Daha sonra H.Akar Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze ilə görüşüb.

  Nazirlər Azərbaycan-Türkiyə-Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü çərçivəsində bir araya gəliblər.



Әlaqәli Xәbәrlәr