Türk Hava Yolları Tokionun Narita hava limanına uçuşları bərpa edir

Dünyanın bir çox ölkəsinə uçuşlar həyata keçirən Türk Hava Yolları (THY) yeni növ koronavirus (Covid-19) epidemiyası səbəbindən uçuşları dayandırdığı Yaponiyanın paytaxtı Tokiodakı Narita hava limanına iki il fasilədən sonra yenidən bərpa edib.

1919971
Türk Hava Yolları Tokionun Narita hava limanına uçuşları bərpa edir
thy japonya.jpg
thy japonya tokyo.jpg

Dünən İstanbul Hava Limanından Yaponiyaya getmək üzrə havaya qalxan Boeing 787-900 tipli təyyarədəki sərnişinlər və kabin heyəti Narita hava limanında gül-çiçəklə qarşılanıb. Adı çəkilən hava limanına enən ilk uçaqda 275 sərnişin olub.

Tokionun şəhər mərkəzinə daha yaxın olan Haneda Hava Limanına həftənin hər günü uçan THY, Narita Hava Limanına həftədə 3 uçuş həyata keçirəcək. Narita uçuşlarının başlaması ilə THY-nın Tokio uçuşları həftədə 10-a çatıb. Ancaq Narita uçuşlarının gələcəkdə hər gün həyata keçirilməsi planlaşdırılır.



Әlaqәli Xәbәrlәr