MİT Suriya və İraqda əməliyyat həyata keçirib

MİT Suriyanın şimalında və İraqda təhlükəsizlik qüvvələrinə minaatan hücumları təşkil edən separatçı terror təşkilatı PKK üzvü Osman Mutlu və dırnaqarası təbliğat zabiti Songül Tarıncı zərərsizləşdirib.

1919250
MİT Suriya və İraqda əməliyyat həyata keçirib

Türkiye Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyanın şimalında və İraqda təhlükəsizlik qüvvələrinə minaatan hücumları təşkil edən separatçı terror təşkilatı PKK üzvü Osman Mutlu və dırnaqarası təbliğat zabiti Songül Tarıncı zərərsizləşdirib.

MİT İraq/Duhok-Qara bölgəsində həyata keçirdiyi əməliyyatla terror təşkilatının təbliğatının aparıldığı materialların hazırlanması və yayılmasından məsul olan "Roza" kod adlı Songül Tarıncı iki cangüdəni ilə birlikdə zərərsizləşdirilib. 

Suriya/Amudedə isə PKK/YPG üzvü "Dilxwaz Agir" kodlu Osman Mutlu MİT-in keçirdiyi əməliyyat nəticəsində zərərsizləşdirilib.

Osman Mutlu Mardin sərhəd xəttində təhlükəsizlik qüvvələrinə qarşı minaatan hücumları təşkil etdiyi, bomba və silah transferi fəaliyyətlərini idarə etdiyi üçün MİT tərəfindən hədəf siyahısına daxil edilib.

Digər tərəfdən, inandırma cəhdləri nəticəsində PKK/KCK-dan qaçan daha 2 terrorçu təhlükəsizlik qüvvələrinə təslim olub.

Təslim olan terrorçuların 2015 və 2016-cı illərdə terror təşkilatına qoşulduqları və son olaraq İraqda fəaliyyət göstərdikləri müəyyən edilib.

Bu il təşkilatın yalnız inandırma yolu ilə təslim olan üzvlərinin sayı 121-ə yüksəlib.



Әlaqәli Xәbәrlәr