Prezident Rəcəb Tayyib Ərdoğan Türkmənistana səfər edəcək
Prezident Rəcəb Tayyib Ərdoğan dekabrın 13-14-də Türkiye-Azərbaycan-Türkmənistan prezidentlərinin Birinci Zirvə Toplantısında iştirak etmək üçün Türkmənistana səfər edəcək.
Prezident Rəcəb Tayyib Ərdoğan dekabrın 13-14-də Türkiye-Azərbaycan-Türkmənistan prezidentlərinin Birinci Zirvə Toplantısında iştirak etmək üçün Türkmənistana səfər edəcək.
Bu barədə Türkiye Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
Bildirilib ki, Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədovun dəvəti ilə sabah prezident Ərdoğanın, eləcə də Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə Avazada Türkiye-Azərbaycan-Türkmənistan prezidentlərinin Birinci Zirvə Toplantısı keçiriləcək.
Türkmənbaşıda keçiriləcək görüş çərçivəsində ölkələr arasında xüsusən ticarət, enerji və nəqliyyat sahələrində əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində addımların müzakirəsi planlaşdırılır. Görüşün nəticəsi olaraq bir sıra sazişlərin imzalanacağı gözlənilir.
Әlaqәli Xәbәrlәr
Terrora qarşı mübarizə qətiyyətlə davam edir
Terrorla mübarizə həm ölkə daxilində, həm də sərhəddən kənarda qətiyyətlə davam edir.