Prezident Ərdoğan ilə ukraynalı həmkarı Zelenski arasında telefon danışığı olub

Prezident Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.

1917476
Prezident Ərdoğan  ilə ukraynalı həmkarı Zelenski arasında telefon danışığı olub

Prezident Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.

Türkiye Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsindən verilən açıqlamaya görə, görüşdə fevralın 24-dən bu yana davam edən Rusiya-Ukrayna müharibəsində baş verənlər müzakirə edilib.

Prezident Ərdoğan telefon söhbəti zamanı Ukrayna xalqının çətin qış aylarında humanitar yardım ehtiyaclarını qarşılamaq üçün səylərini davam etdirdiklərini bildirib.

Dövlət başçısı Ərdoğan həyat yoldaşı Əminə Ərdoğanın paytaxt Ankarada qonaq etdikləri ukraynalı yetimlər və onlara müşayiət edənlərdən ibarət 1033 nəfərlik qrupla yaxından əlaqə saxladığını vurğulayıb.

Danışıq zamanı Ərdoğan taxıl dəhlizinin müxtəlif qida və digər məhsulları əhatə edəcək şəkildə genişləndirilə biləcəyini vurğulayıb, Ukraynadakı Zaporojya Atom Elektrik Stansiyası ilə bağlı həll yoluna yaxınlaşılacağına ümid etdiyini söyləyib.

Prezident Ərdoğan Ukrayna Prezidenti Zelenskinin G-20 Zirvə toplantısında açıqladığı sülh planının həyata keçirilməsi səylərinə verilə biləcək töhfələri də qiymətləndirdiklərini bildirib.

Ərdoğan ödekabrın 11-də isə Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.



Әlaqәli Xәbәrlәr