“… Hər kəs tərəfindən qəbul edilir, hətta qibtə ilə izlənilir”, R.T.Ərdoğan

Samsunda keçirilən “Quruluşdan bu günə hamı birlikdə 2023-cü ilə” proqramında çıxış edən Ərdoğan deyib...

1917331
“… Hər kəs tərəfindən qəbul edilir, hətta qibtə ilə izlənilir”, R.T.Ərdoğan

 

 Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan pilotsuz döyüş təyyarə sistemi “Kızılelma”nın bir ay sonra havaya qalxdıqda müdafiə sənayesinin çox fərqli bir yerə gedəcəyini vurğulalıb.

  Samsunda keçirilən “Quruluşdan bu günə hamı birlikdə 2023-cü ilə” proqramında çıxış edən Ərdoğan deyib: “Türkiyə əsri”nin inşasını tamamlamaq yolumuza davam edirik. Milli müdafiə sənayesində yerli istehsallarımz artmaqdadır. Türkiyə istehsalı olan silahlı və silahsız pilotsuz uçuş aparatları gündən-günə inkişaf edir. Pilotsuz döyüş təyyarə sistemi “Kızıllelma”da havaya qalxdıqda müdafiə sənayesi çox fərqli bir yerə gedəcək.

  Türkiyə Cümhuriyyətinin 100 ilinə (2023-cü ildə) doğru aydın məqsədimzilə gedirik.

  Türkiyə təkcə texnologiyanı istifadə edən deyil, eyni zamanda dizayn, inkişaf, istehsal və ixrac edən bir gücə çevrilir.

  Türkiyənin müdafiə sənayesi başda olmaqla, bir çox sahədə əldə etdiyi uğurlar dost-düşmən - hər kəs tərəfindən qəbul edilir, hətta qibtə ilə izlənilir.

  “Türkiyə əsri” ilə biz son 20 ildə qurduğumuz möhkəm iş və xidmət infrastrukturuna görə ölkəmizi dünyanın ilk 10-dan biri etmək arzusundayıq."



Әlaqәli Xәbәrlәr