Türkiye ilə Rusiya arasında siyasi məsləhətləşmələr keçiriləcək

Bu barədə Türkiye Xarici İşlər Nazirliyindən verilən məlumatda bildirilib.

1916142
Türkiye ilə Rusiya arasında siyasi məsləhətləşmələr keçiriləcək

Türkiye ilə Rusiya arasında 8-9 dekabr tarixlərində siyasi məsləhətləşmələr keçiriləcək.
Bu barədə Türkiye Xarici İşlər Nazirliyindən verilən məlumatda bildirilib.Məlumata görə, nümayəndə heyətlərinə Türkiye və Rusiya xarici işlər nazirlərinin müavinləri Sedat Önal və Sergey Verşinin rəhbərlik edəcək.
İstanbulda keçiriləcək görüş çərçivəsində taxıl sazişinin icrası, Suriya, Liviya və Fələstin kimi regional məsələlərin müzakirə olunması nəzərdə tutulur.



Әlaqәli Xәbәrlәr