Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev “Qardaş yumruğu” təlimində iştirak edən heyəti təbrik ediblər

Prezident Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev telefon zəngi ilə hər iki qardaş ölkənin təlimdə iştirak edən şəxsi heyətlərini təbrik ediblər.

1915496
Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev “Qardaş yumruğu” təlimində iştirak edən heyəti təbrik ediblər

“Qardaş yumruğu” təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə Prezident Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev telefon zəngi ilə hər iki qardaş ölkənin təlimdə iştirak edən şəxsi heyətlərini təbrik ediblər.

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan “Bir millət, iki dövlət” anlayışı ilə keçirilən təlimin uğurla həyata keçirildiyini bildirib və heç kimin ayıra bilməyəcəyi birliyimizin gələcəkdə də davam etdiriləcəyini diqqətə çatdıraraq bütün şəxsi heyəti təbrik edib.

Çətin ərazi və hava şəraitində həyata keçirilən təlimin iki ölkə ordusunun güclənməsinə töhfə verəcəyini ifadə edən Prezident Ərdoğan "Bu təlim də göstərdi ki, biz bir-birimizlə ət və sümük kimiyik. Bizi heç kim bir-birimizdən ayıra bilməz, Allahın izni ilə də ayıra bilməyəcəklər" deyib.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev isə şəxsi heyəti təbrik edərək “Qardaş yumruğu” təliminin Türkiye-Azərbaycan birliyinin növbəti təzahürü olduğunu qeyd edib, birliyimizin sarsılmaz və əbədi olduğunu vurğulayıb.

 



Әlaqәli Xәbәrlәr