Prezident Ərdoğan Türkiye Sahibkarlar Həmkarlar İttifaqı Konfederasiyasının iclasında çıxış edib

Prezident Rəcəb Tayyib Ərdoğan paytaxt Ankarada Türkiye Sahibkarlar Həmkarlar İttifaqı Konfederasiyasının (TİSK) Baş Assambleyasında çıxış edib.

1915486
Prezident Ərdoğan Türkiye Sahibkarlar Həmkarlar İttifaqı Konfederasiyasının iclasında çıxış edib

"Artıq siyasətdə, iqtisadiyyatda, diplomatik və hərbi strategiyalarda öz qərarlarını verən, öz infrastrukturunu yaradan, hədəflərini müəyyən edən Türkiye var".

Bunu Prezident Rəcəb Tayyib Ərdoğan paytaxt Ankarada Türkiye Sahibkarlar Həmkarlar İttifaqı Konfederasiyasının (TİSK) Baş Assambleyasında etdiyi çıxışda deyib.

Son 20 ildə əldə etdikləri demokratiya və inkişaf sıçrayışlarının həyatın bütün sahələrində olduğu kimi, iqtisadiyyatda da tarixi dəyişikliklərə səbəb olduğunu vurğulayan dövlət başçısı “Milli gəlirin alış paritetinə görə 11-ci pilləyə yüksəldik. Amma biz bunu yetərli hesab etmirik. Ümid edirəm ki, tətbiq etdiyimiz iqtisadi proqramı uğurla həyata keçirərək, qlobal böhranları fürsətə çevirərək və birlikdə daha çox çalışaraq ölkəmizi dünyanın ən güclü 10 iqtisadiyyatı sırasına daxil edəcəyik” deyə vurğulayıb.

“Hazırda ölkə olaraq Balkanlardan Afrikaya, Mərkəzi Asiyadan Cənubi Asiyaya qədər geniş bir ərazidə nüfuz sahibi olan tərəfmüqabillərimiz ilə təkcə irrasional deyil, həm də real münasibətlər qura biləcəyimiz mövqeyə gəlmişik”, -deyə dövlət başçısı qeyd edib.



Әlaqәli Xәbәrlәr