Rəcəb Tayyib Ərdoğan: ''Terror dəhlizinin yaradılmasına imkan verməyəcəyik''

Prezident Rəcəb Tayyib Ərdoğan ölkənin cənub sərhədləri boyunca yaratdıqları təhlükəsizlik zolağının mütləq tamamlanacağını və terror dəhlizinin yaradılmasına imkan verməyəcəklərini bildirib.

1914270

Prezident Ərdoğan Şanlıurfada təşkil edilən açılış mərasimində terrorla mübarizəyə toxunub.
Rəcəb Tayyib Ərdoğan deyib: "Sərhədlərimizdən kənarda yetişdirdikləri terror təşkilatı hər fürsətdə ölkəmizə hücum edir. Bu gün öz siyasi, iqtisadi və hərbi baxışlarını müəyyən edən, bölgəsində və dünyada söz sahibi olan Türkiyə var''.

Terrorla mübarizə məsələsində qətiyyətli olduqlarını  və terror dəhlizinin yaradılmasına imkan verməyəcəklərini vurğulayan Ərdoğan deyib:"Cənub sərhədlərimizdə qurduğumuz 30 kilometrlik təhlükəsizlik zolağını mütləq tamamlayacağıq. Heç kim təhlükəsizliyimizi təhdid edə bilməz, biz buna imkan verməyəcəyik”.

Әlaqәli Xәbәrlәr