"Bütün uşaqların keyfiyyətli təhsil almaq hüququ universal insan hüququdur”, R.T.Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan təhsilin davamlı iqtisadi artım və ümumi inkişaf üçün bəşəriyyətin əlində olan ən güclü vasitələrdən biri olduğunu bildirib.

1913334

Prezident Ərdoğan Milli Təhsil Nazirliyi (MEB) və İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının (OECD) əməkdaşlığı ilə paytaxt Ankarada keçirilən “Peşə Təhsili Zirvəsi”nə video müraciət göndərib.

Peşə Təhsili Zirvəsinin xeyirli olmasını arzulayan Ərdoğan mesajında ​​təhsilin davamlı iqtisadi artım və ümumi inkişaf üçün bəşəriyyətin əlində olan ən güclü vasitələrdən biri olduğunu qeyd edib.

Ərdoğan “Dünyanın harasında yaşamasından asılı olmayaraq, bütün uşaqların keyfiyyətli təhsil almaq hüququ universal insan hüququdur” deyib.

Son 20 ildə hər il büdcədən ən böyük hissəni təhsilə ayırdıqlarını və bu sahədə atdıqları addımlarla ciddi irəliləyiş əldə etdiklərini vurğulayan Ərdoğan deyib ki, Türkiyenin hər cəhətdən nümunəvi ölkə olması üçün əlimizdən gələni edirik.

Peşə təhsilinə gətirdikləri dinamikliyin qadınların məşğulluğunda da çox mühüm irəliləyişlərə səbəb olduğunu deyən dövlət başçısı Milli Təhsil Nazirliyi və OECD-nin koordinasiyası ilə təşkil edilən Peşə Təhsili Sammitinin dəyərli fikirləri öyrənmək üçün bir vasitə olacağını vurğulayıb.

Әlaqәli Xәbәrlәr