Türkiyə parlamentinin sədri Avstriyada rəsmi səfərdədir
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop və onu müşayiət edən parlament heyəti Avstriyanın paytaxtı Vyanaya rəsmi səfərə gedib
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop və onu müşayiət edən parlament heyəti Avstriyanın paytaxtı Vyanaya rəsmi səfərə gedib.
M.Şentop və onu müşayiət edən parlament heyətini Şvexat (Schwechat) Beynəlxalq Hava Limanında Türkiyənin Avstriya səfiri Ozan Ceyhun, Türkiyənin Birləşmiş Millətlər Təşkilatının (BMT) Vyana ofisindəki daimi nümayəndəsi Levent Eler, Türkiyənin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) yanında daimi nümayəndəsi Hatun Demirer və Avstriya parlamentinin protokol direktoru Eva Russek qarşılayıblar.
TBMM sədri Vyanaya iki günlük səfəri çərçivəsində Avstriya prezidenti Aleksandr van der Bellen, baş nazir Karl Nehammer və parlament sədri Volfqanq Sobotka ilə görüşəcək. Daha sonra M.Şentop Yunus Əmrə Mədəniyyət Mərkəzinə baş çəkəcək, türk nümayəndələrlə görüşəcək.
Eyni zamanda, Şentop Türkiyənin Avstriya səfirliyində “Türkiyənin qəlbində parlament binası Klemens Holzmeisterin monumental sənət əsəri” adlı sərgini açacaq.
Әlaqәli Xәbәrlәr
Terrora qarşı mübarizə qətiyyətlə davam edir
Terrorla mübarizə həm ölkə daxilində, həm də sərhəddən kənarda qətiyyətlə davam edir.