Mövlud Çavuşoğlu: ''Ən böyük ticarət axını Asiya ilə Avropa arasındadır''

Türkiyenin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, ən böyük qitələrarası ticarət axını Asiya ilə Avropa arasındadır.

1911065
Mövlud Çavuşoğlu: ''Ən böyük ticarət axını Asiya ilə Avropa arasındadır''

Türkiyenin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, ən böyük qitələrarası ticarət axını Asiya ilə Avropa arasındadır.
Nazir Mövlud Çavuşoğlu Türkiyə-Qazaxıstan-Azərbaycan nəqliyyat və xarici işlər nazirlərinin üçtərəfli toplantısında açılış nitqi ilə çıxış edib.
Çavuşoğlu toplantıda  Gürcüstanın da iştirak etdiyinə və bu vəziyyətin regional əməkdaşlığı  gücləndirdiyinə diqqət çəkib.
Son dövrdə üç prosesin geosiyasəti geri gətirdiyini ifadə edən Mövlud Çavuşoğlu ilk olaraq tədarük zəncirlərindəki pozulmaların dayanıqlı nəqliyyat əlaqələrinin vacibliyini göstərdiyini deyib.
Mövlud Çavuşoğlu deyib: "İkincisi, Rusiya ilə Ukrayna arasındakı müharibə qlobal ərzaq və enerji böhranına səbəb olub. Üçüncüsü isə  ABŞ-la Çin arasındakı gərginlik getdikcə dərinləşir''.
Mövlud Çavuşoğlu söyləyib ki, Azərbaycanın işğal altındakı torpaqlaırnı azad etməsi yeni fürsətlər yaradıb.
Mövlud Çavuşoğlu enerjidə qaynaqların və marşrutların şaxələndirilməsinin mühüm ehtiyaca çevrildiyini deyib.
Mövlud Çavuşoğlu bildirib ki, qitələrarası ən böyük ticarət axını Asiya ilə Avropa arasındadır.
"2022-ci ildə Orta Dəhliz vasitəsilə daşınan yüklərin həcminin 2021-ci il ilə müqayisədə 6 dəfə çox olacağı gözlənilir. Bu fürsətdən yararlanmaq üçün nəqliyyat və ticarətdəki maneələri aradan qaldırmalıyıq",-deyə Türkiyenin xarici işlər naziri qeyd edib.



Әlaqәli Xәbәrlәr