Hulusi Akar: "“Pəncə-Qılınc" əməliyyatında 326 terrorçu zərərsizləşdirilib”

Milli müdafiə naziri Hulusi Akar paytaxt Ankarada jurnalistlərin suallarını cavablandııb.

1910956
Hulusi Akar: "“Pəncə-Qılınc" əməliyyatında 326 terrorçu zərərsizləşdirilib”

""Pəncə-Qılınc" hərbi əməliyyatı havadan və qurudan atəşə dəstək vasitələri ilə davam edir. İndiyədək 326 terrorçu zərərsizləşdirilib".

Bunu milli müdafiə naziri Hulusi Akar paytaxt Ankarada jurnalistlərin suallarını cavablandırarkən deyib. 

Nazir Akar "Pəncə-Qılınc" hərbi əməliyyatında son vəziyyətlə bağlı suala cavaben deyib ki, terrora son qoymaq, ölkəmizin, millətimizin və sərhədlərimizin təhlükəsizliyini təmin etmək üçün nə lazımdırsa, etmişik və edəcəyik. Son dövrün ən böyük, ən əhatəli və təsirli hava əməliyyatı ilə başlayan "Pəncəli-Qılınc" əməliyyatı uğurla davam edir.

Nazir Akar Türkiye Silahlı Qüvvələrinin Suriyanın şimalında “ABŞ-ın müşahidə nöqtəsini vurması” iddiası ilə bağlı suala da cavab verərək deyib ki, biz mülki şəxsləri və hansısa koalisiya güclərini hədəf almırıq. Bizim yalnız bir hədəfimiz var, o da terrorçulardır. Terrorçu harada olursa olsun, hədəfimiz oradadır. Mülki insanlara, ətraf mühitə zərər verməmək bizim ən mühüm prinsipimizdir.

Hulusi Akar bir jurnalistin "Suriyada liderlər səviyyəsində görüş nə vaxt olacaq?" sualına isə, "Bir sıra inkişaflar var. Bunlar formalaşdırılır və nəticələrə də buna uyğun baxılır. Hadisələri yaxından izləyirik" cavabını verib.



Әlaqәli Xәbәrlәr