Türkiye-Kuba münasibətləri geniş aspektdən müzakirə edilib

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyedə səfərdə olan Kuba Prezidenti Migel Mario Diaz-Kanel Bermudeslə keçirdiyi görüşlərdən sonra təşkil edilən birgə mətbuat konfransında çıxış edib.

1910282
Türkiye-Kuba münasibətləri geniş aspektdən müzakirə edilib

"Türkiye ilə Kuba arasında əməkdaşlığın gücləndirməsində qarşılıqlı potensial var".

Bunu Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyedə səfərdə olan Kuba Prezidenti Migel Mario Diaz-Kanel Bermudeslə keçirdiyi görüşlərdən sonra təşkil edilən birgə mətbuat konfransında deyib. 

Dövlət başçısı Ərdoğan Bermudeslə görüşdə Türkiye-Kuba münasibətlərini geniş aspektdən müzakirə etdiklərini bildirib:

"Biz həm də əməkdaşlığımızı gücləndirmək üçün güclü və qarşılıqlı iradəyə malik olduğumuzu görməkdən məmnunuq. Aydındır ki, Kubaya qarşı illərdir tətbiq edilən birtərəfli sanksiyalar münasibətlərimizin real potensialından aşağı qalmasına öz təsirini göstərib".

Ərdoğan Bermudes ilə Türkiye-Kuba ticarət həcmini 200 milyon dollara çatdırmaqda qərarlı olduqlarını təsdiqlədiklərini də qeyd edib.

"Bu istiqamətdə biz ilk növbədə enerji, turizm, tikinti, kənd təsərrüfatı, səhiyyə və ətraf mühit kimi sahələrdə mövcud əməkdaşlığın inkişaf etdirilməsi imkanlarını qiymətləndirdik. Sanksiyalardan yaranan çətinliklərə baxmayaraq, şirkətlərimizin Kubaya marağının artdığını görürük", -deyə dövlət başçısı ifadə edib. 

Qonaq Prezident Bermudes isə öz növbəsində bunları deyib:

“İki ölkə arasında ticarət və maliyyə əlaqələrimizi və əməkdaşlığımızı daha da şaxələndirmək barədə razılığa gəldik. Prezident Ərdoğana biotexnologiya, bərpa olunan enerji, turizm, kənd təsərrüfatı, heyvandarlıq, səhiyyə, təhsil və mədəniyyət sahələrində hər iki tərəfin qarşılıqlı faydası üçün işlərə davam etmək öhdəliyini də dilə gətirdim".

Prezident Ərdoğan daha sonra Kuba Prezidenti Bermudesin şərəfinə rəsmi şam yeməyi verib.



Әlaqәli Xәbәrlәr