Mövlud Çavuşoğlu BMT Sivilizasiyalar Alyansının 9-cu Qlobal Forumunda iştirak edir

Xarici işlər naziri Mövlud Çavuşoğlu nifrət və zorakılığın amansız düyününü birlikdə cəhd edərək aradan qaldıracaqlarını bəyan edib.

1909697

Nazir Çavuşoğlu sosial media hesabından Mərakeşin Fes şəhərində keçirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının 9-cu Qlobal Forumu ilə bağlı açıqlama verib. 
Çavuşoğlu "2005-ci ildə İspaniya ilə başladığımız və hazırda 158 üzvü olan Sivilizasiyalar Alyansının Fesdəki toplantısına qatıldıq. Birlikdə çalışaraq nifrət və zorakılığın bu düyününü dəf edəcəyik" deyib.

Qeyd edək ki, bu gün davam edəcək forumda birlikdə yaşamağın zəruriliyi, müxtəlifliyin və mədəni zənginliyin təbliği müzakirə olunacaq.

İlk dəfə bir Afrika ölkəsinin ev sahibliyində noyabrın 22-də başlayan və 50 ölkənin müxtəlif nazirləri səviyyəsində təmsil olunduğu BMT-nin Sivilizasiyalar Alyansı 9-cu Qlobal Forumunda 96 ölkədən nümayəndə heyətləri ilə demək olar ki, dünyanın hər yerindən fərqli mədəniyyət və sivilizasiyaları anlamaq və onlara hörmət etmək üçün çalışan 1000-dən çox aktivist yer alır.

Әlaqәli Xәbәrlәr