Türkiye İndoneziyaya başsağlığı verib

Türkiye İndoneziyanın Qərbi Yava əyalətində baş verən zəlzələ ilə bağlı başsağlığı verib.

1909109
Türkiye İndoneziyaya başsağlığı verib

Türkiye İndoneziyanın Qərbi Yava əyalətində baş verən zəlzələ ilə bağlı başsağlığı verib.

Xarici İşlər Nazirliyindən verilən açıqlamada zəlzələdə çox sayda insanın həyatını itirdiyi və yaralandığının kədərlə öyrənildiyi ifadə edilərək, “Həyatını itirənlərin yaxınlarına, dost və qardaş İndoneziya xalqına və onun hökumətinə dərin hüznlə başsağlığı verir, yaralananların sağalmasını arzulayırıq” deyilib.

Xatırladaq ki, Cirancang şəhərindən 18 kilometr cənub-qərbdə, 10 kilometr dərinlikdə baş verən 5,6 bal gücündə zəlzələdə 162 nəfər ölüb, yüzlərlə insan yaralanıb.



Әlaqәli Xәbәrlәr