Kommunikasiya idarəsi “L'orient Le Jour” qəzetinə sərt reaksiya verib

Prezident administrasiyasının Kommunikasiya idarəsi Livanda nəşr olunan fransız dilli gündəlik qəzet L'orient Le Jour-un, “Türkiyə mülki insanları hədəf alır” manipulyasiyasına reaksiya verib.

1909534
Kommunikasiya idarəsi “L'orient Le Jour” qəzetinə sərt reaksiya verib

Kommunikasiya idarəsinin dezinformasiyaya qarşı mübarizə Şöbəsinin koordinatoru İdris Kardaş sosial media hesabından Türkiyenin sərhədyanı əməliyyatı ilə bağlı sözügedən qəzetdə əks edən xəbərlərdəki manipulyasiya ilə bağlı açıqlama verib.

İdris Qardaş: “Ölkəmizin İraq və Suriyanın şimalındakı terrorçu hədəflərə qarşı hava əməliyyatını mülki əhalinin sığındığı Əl-Hol düşərgəsinin təsviri ilə oxuçulara çatdırmağınız manipulyasiya nümunəsidir. Belə bir fotoşəkildən istifadə edərək Türkiyenin mülki insanları hədəf aldığı təsəvvürünü yaratmaq cəhdiniz jurnalist etikasına ziddir. Türkiyenin beynəlxalq hüquqlar çərçivəsində terrora qarşı həyata keçirdiyi hava əməliyyatının xəbərinizdə söz apardığınız qaçqın düşərgəsi ilə heç bir əlaqəsi yoxdur”.



Әlaqәli Xәbәrlәr