İsveç səfiri Xarici İşlər Nazirliyinə çağrılıb

İsveçin Ankaradakı səfiri Staffan Herrström PKK tərəfdarlarının Stokholmda keçirdiyi aksiya ilə əlaqədar Türkiye Xarici İşlər Nazirliyinə çağırılıb.

1909173
İsveç səfiri Xarici İşlər Nazirliyinə çağrılıb

Türkiyenin Stokholmdakı səfirliyinin binasında bölücü terror təşkilatı təbliğatı və Prezident Rəcəb Tayyib Ərdoğana qarşı təhqiramiz görüntülər yayılmasına görə İsveçin Ankaradakı səfiri Staffan Herrström Xarici İşlər Nazirliyinə çağrılaraq qınanıb.

Diplomatik mənbələrdən əldə edilən məlumata görə, Türkiyenin Stokholmdakı səfirliyinin binasına PKK tərəfdarları tərəfindən separatçı terror təşkilatının təbliğatını və Prezident Ərdoğanın təhqiramiz görüntülərini ehtiva edən açıqlamalar və fotoşəkillər proyeksiya edilib.

Hadisədən sonra İsveçin Ankaradakı səfiri S.Herrström Xarici İşlər Nazirliyinə çağırılıb və Türkiyenin bu hərəkəti pislədiyi və insidentin araşdırılmasını tələb etdiyi bildirilib. 

Herrströmə insidentin səbəbkarlarının müəyyən edilərək lazımi tədbirlərin görülməsi və Türkiye-İsveç və Finlandiya arasında 30 iyunda İspaniyada NATO-nun Zirvə Toplantısında keçirilən Üçtərəfli Memorandumda qeyd olunan öhdəliklər işığında konkret addımların atılmasına dair gözləntilər çatdırılıb.



Әlaqәli Xәbәrlәr